• şənbə, 20 Aprel, 14:19
  • Baku Bakı 23°C

Tez-tez öskürmək qoruyucu maskaların effektivliyini azaldır

20.06.20 10:30 469
Tez-tez öskürmək qoruyucu maskaların effektivliyini azaldır
Fiziklərin hesablamalarına görə, öskürək zamanı bəlğəm damcıları maska və respiratorlara təsir edir və tez-tez, davamlı öskürək bu qoruyucu vasitələrin effektivliyini təqribən 10 faiz azaldır.
AZƏRTACTASS agentliyinə istinadla xəbər verir ki, alimlərin hesablamalarının nəticələri "Physics of Fluids” jurnalında dərc edilib.
Bu araşdırmanın müəlliflərindən biri, Nikosiya Universitetinin (Kipr) əməkdaşı fizik Talib Dbuk deyib: "Bizim hesablamalar göstərib ki, davamlı öskürək zamanı maskalar damcıları pis saxlamağa başlayır. Digər tərəfdən yeni tipli koronavirusu və digər respirator infeksiyaları böyük yoxsa kiçik damcıların yayması hələlik məlum deyil.
Talib Dbuk və onun həmkarı Dimitris Brikapis maskaların aerozol hissəciklərini və öskürək damcılarını saxlamaq qabiliyyətinin zaman keçdikcə necə dəyişməsi ilə maraqlanıblar. Alimlərin fikrincə, maskada nəmişliyin toplanması həm insanın nəfəs almasına mane olacaq, həm də parçanın strukturunu, o cümlədən onun daxilindəki məsamələrin ölçülərini dəyişəcək.
Brikapis və Dbuk bu prosesi kompüter modelində təkrarlamağa çalışıblar. Məlum olub ki, hətta adi cərrah maskaları da əvvəlcə aerozol hissəciklərinin və nəmişlik damcılarının təqribən 91 faizini saxladığı halda hər növbəti öskürək zamanı bu göstərici sürətlə azalır.
banner

Oxşar Xəbərlər