• cümə, 26 Aprel, 12:48
  • Baku Bakı 23°C

Təyyarə qəzasında ölənlərin sayı 140-ı keçib

01.07.15 10:42 1296
Təyyarə qəzasında ölənlərin sayı 140-ı keçib
İyunun 30-da İndoneziyada “Hercules C-130B” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 141-ə çatıb.
APA-nın xəbərinə görə, bu barədə “Detik News” məlumat yayıb.
Ölənlərin hansıların sərnişin, hansıların ekipaj üzvləri olduqları hələlik bəlli deyil. İndiyədək cəmi 5 meyit tanınıb.
Xatırladaq ki, iyunun 30-da İndoneziyanın Bunquran adasındakı hərbi bazadan qalxan “Hercules C-130B” təyyarəsi Medan şəhərində qəzaya uğrayaraq hotelin və ətrafdakı evlərin üzərinə düşüb. Təyyarədə hərbçilər və onların ailə üzvləri olub.
X X X
İndoneziyanın Medan şəhərində “Hercules C-130B” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yerdə ölənlərin sayı hələ ki məlum deyil.
Bundan əvvəl İndoneziya Hərbi Hava Qüvvələrinin komandanı Aqus Supriyatna bildirmişdi ki, hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 101 sərnişin və 12 ekipaj üzvü olub, sağ qalan olmayıb. Xilasedicilər isə qəza nəticəsində yerdə 3 nəfərin öldüyünü açıqlamışdılar.
Qeyd edək ki, ABŞ istehsalı olan “Hercules C-130B” hərbi-nəqliyyat təyyarəsi Medan şəhəri yaxınlığında yerləşən hərbi bazadan hava">havaya qalxarkən qəzaya uğrayıb. A.Supriyatnanın sözlərinə görə, qəzadan bir neçə saniyə əvvəl pilotlar mühərrikdə nasazlığın əmələ gəlməsi barədə dispetçerlərə məlumat veriblər.
Gecə saatlarında da davam edən axtarış-xilasedici əməliyyatında yüzlərlə hərbçi, polis və xilasedicilər iştirak edir.
banner

Oxşar Xəbərlər