• şənbə, 20 Aprel, 04:17
  • Baku Bakı 15°C

Təyyarə qəzasında ölənlərin cəsədləri Bakıya gətirildi

20.05.16 15:47 912
Təyyarə qəzasında ölənlərin cəsədləri Bakıya gətirildi
Mayın 18-də Əfqanıstanda qəzaya uğrayan "Silk Way” aviaşirkətinin "An-12” yük təyyarəsinin həlak olmuş yeddi heyət üzvünün cəsədləri bu gün Bakıya gətirilib.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından "APA-Economics"ə verilən məlumata görə, bundan sonra zəruri məhkəmə-tibbi ekspertizası aparılacaq.

Xatırladaq ki, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə "Silk Way” şirkətindən icarəyə götürülüb. Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlmişdi və yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb.

Təyyarənin göyərtəsində beş Azərbaycan vətəndaşı, üç Ukrayna vətəndaşı və bir Özbəkistan vətəndaşından ibarət (havagəmisinin kapitanı) doqquz ekipaj üzvü olub.

Hadisə nəticəsində iki Ukrayna vətəndaşı - texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir və onlara bütün lazımi tibbi yardım göstərilir.

Bundan əlavə, qəzaya uğrayan "An-12” təyyarəsinin "qara qutuları” Bakıya gətirilmişdir və onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. "Qara qutuların” oxunması ilə Azərbaycan tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri ilə birlikdə məşğul olacaq.
banner

Oxşar Xəbərlər