• cümə axşamı, 28 mart, 18:57
  • Baku Bakı 13°C

Təyyarə qəzası ilə bağlı Murmanskda matəm elan edilib

06.05.19 13:22 656
Təyyarə qəzası ilə bağlı Murmanskda matəm elan edilib
Moskvadan Murmanska uçan "Aeroflot” şirkətinə məxsus "SSJ-199” sərnişin təyyarəsində baş verən qəza nəticəsində 41 nəfər həlak olub.
AZƏRTACxəbər verir ki, faciə ilə əlaqədar Murmansk vilayətində üç günlük matəm elan edilib. Bu gün səhər saatlarında "Şeremetyevo” aeroportundan Moskva-Murmansk marşrutu ilə uçuşlar bərpa olunub.
Qəzada yaralanan 6 nəfərdən üçünün vəziyyəti ağır qiymətləndirilir. Rusiya səhiyyə naziri V.Skvortsovanın sözlərinə görə, onların əksəriyyətinə nəfəs yollarının yanığı diaqnozu qoylub.
Hadisə zamanı həlak olanların arasında Los-Ancelesdən tranzitlə uçan Amerika vətəndaşı Ceremi Bruks adlı şəxsin olduğu bildirilir. ABŞ Dövlət departamenti hələlik xəbəri təsdiqləməyib.
banner

Oxşar Xəbərlər