AZE | RUS | ENG |

Təyyarə qəzası ilə bağlı Murmanskda matəm elan edilib

Təyyarə qəzası ilə bağlı Murmanskda matəm elan edilib
Moskvadan Murmanska uçan "Aeroflot” şirkətinə məxsus "SSJ-199” sərnişin təyyarəsində baş verən qəza nəticəsində 41 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, faciə ilə əlaqədar Murmansk vilayətində üç günlük matəm elan edilib. Bu gün səhər saatlarında "Şeremetyevo” aeroportundan Moskva-Murmansk marşrutu ilə uçuşlar bərpa olunub.
Qəzada yaralanan 6 nəfərdən üçünün vəziyyəti ağır qiymətləndirilir. Rusiya səhiyyə naziri V.Skvortsovanın sözlərinə görə, onların əksəriyyətinə nəfəs yollarının yanığı diaqnozu qoylub.
Hadisə zamanı həlak olanların arasında Los-Ancelesdən tranzitlə uçan Amerika vətəndaşı Ceremi Bruks adlı şəxsin olduğu bildirilir. ABŞ Dövlət departamenti hələlik xəbəri təsdiqləməyib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779