• cümə axşamı, 18 aprel, 15:29
  • Baku Bakı 22°C

Teymur Rəcəbov Kuba şahmatçısı ilə heç-heçə oynadı

09.10.14 20:35 1184
Teymur Rəcəbov Kuba şahmatçısı ilə heç-heçə oynadı
Şahmat üzrə Bakıda keçirilən Qran-Pri turnirində Teymur Rəcəbov Kuba təmsilçisi Lenyer Dominqeslə heç-heçə oynayıb.
Trend-in məlumatına görə, hər iki şahmatçı mətbuat konfransında partiya haqqında danışıb.
T.Rəcəbov qeyd edib: "Bütün gedişləri hesablaya bildim. Üstünlük qazanmaq üçün müəyyən gedişləri yerinə yetirdim. Heç-heçə imkanı var idi. Amma o gedişlərdən yayınmağa çalışdım. Ağ fiqurların qaralara qarşı kəskin hücum reallaşdırmağı görünmürdü. Bununla belə, maraqlı oyun alındı. Üstünlüyü sona qədər saxlamaq mümkün olmadı. Üstünlük itiriləndən sonra partiya heç-heçəyə gedirdi".
L.Dominqes isə bildirib: "Vəzirlə gedişlər etdim. Rəqibin üstünlüyü partiyanın əvvəlində hiss olunurdu. Bununla belə, üstünlük sona qədər qorunmadı. Mənim üçün turnirdə ən maraqlı partiya oldu. Ağ fiqurlar vəziyyətdən üstün istifadə edə bilmədi. Bütün gedişləri hesabladım. Sözün əsl mənasında bu partiyadan zövq aldım. Oyun bir neçə istiqamətə yönələ bilərdi. Heç-heçə yaxşı və oyuna uyğun nəticədir".
banner

Oxşar Xəbərlər