AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Teymur Rəcəbov Dünya kubokunun finalçısına qarşı

Teymur Rəcəbov Dünya kubokunun finalçısına qarşı

İdman
29 Mart 2013, 12:42 1306
Bu gün Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirində XII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov dünya kubokunun finalçısı Aleksandr Qrişukla münasibətlərinə aydınlıq gətirəcək.

Digər görüşlərdə isə Maqnus Karlsenlə Vasili İvançuk, Boris Gelfandla Pyotr Svidler və Levon Aronyanla Vladimir Kramnik qarşılaşacaq.

Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.

29 mart
XII tur


Teymur Rəcəbov (Azərbaycan, 2793) - Aleksandr Qrişuk (Rusiya, 2764)
Maqnus Karlsen (Norveç, 2872) - Vasili İvançuk (Ukrayna, 2757)
Boris Gelfand (İsrail, 2740) - Petr Svidler (Rusiya, 2747)
Levon Aronyan (Ermənistan, 2809) - Vladimir Kramnik (Rusiya, 2810)

Xal durumu: Karlsen – 7,5, Kramnik – 7, Aronyan – 6,5, Svidler – 5,5, Gelfand, Qrişuk, 5, İvançuk, 4, Rəcəbov,– 3,5.