AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Teymur Rəcəbov “Champions Chess Tour”da 1-ci, Levon Aronyan 3-cü yerdə qərarlaşıb

Teymur Rəcəbov “Champions Chess Tour”da 1-ci, Levon Aronyan 3-cü yerdə qərarlaşıb

İdman
15 Fevral 2021, 13:00 415
"Opera Euro Rapid” turnirindən sonra "Champions Chess Tour”un ümumi sıralaması açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov 19 şahmatçının yer aldığı siyahıya başçılıq edir.
 
Təmsilçimiz arxada qalan turnirlərdən sonra həm topladığı xallara, həm də qazandığı mükafatın məbləğinə görə 1-ci yerdə qərarlaşıb. Teymurun aktivində 91 xal var. 
ABŞ şahmatçısı Uesli So 62, ermənistanlı Levon Aronyan 60 xalla ilk "üçlük”də qərarlaşıb. Dünya çempionu norveçli Maqnus Karlsen yalnız 4-cüdür – 50 xal.
 
Teymur tur çərçivəsində 65 min dollar qazanc əldə edib. Aronyanın mükafatları 45, Sonun isə 40 minə bərabər olub.
Qeyd edək ki, tur çərçivəsində üç turnir keçirilib.