• şənbə, 20 Aprel, 00:59
  • Baku Bakı 15°C

Teylor Svift “Forbes” versiyasına görə ən çox qazanan müğənnidir

27.08.19 15:15 4023
Teylor Svift “Forbes” versiyasına görə ən çox qazanan müğənnidir
"Forbes” jurnalının versiyasına görə amerikalı musiqiçi Teylor Svift son bir ildə ən çox qazanan müğənnilər reytinqinə başçılıq edir.
AZƏRTACxəbər verir ki, müvafiq siyahı nəşrin saytında dərc olunub. Son il ərzində Svift 185 milyon dollar qazanıb. Bu məbləğin xeyli hissəsini ona "Reputation Stadium Tour” albomuna dəstək üçün təşkil olunan eyniadlı turne gətirib. Təkcə ABŞ-da konsertlərə bilet satışından rekord həcmdə - 266 milyon dollar vəsait toplanıb. Bundan başqa, müğənni "Republic Records” səsyazma studiyası ilə sərfəli müqavilə imzalayıb. Teylor Sviftin "Lover” albomunun satışından da xeyli gəlir əldə edəcəyi gözlənilir.
Siyahıda ikinci yeri 81 milyon dollar qazanan Byons, üçüncü yeri isə illik gəliri 62 milyon dollar təşkil edən Rianna tutur. Növbəti yerlərdə Ketti Perri (57,5 milyon dollar), Pink (57 milyon dollar), Ariana Qrande (48 milyon dollar), Cennifer Lopes (43 milyon dollar), Ledi Qaqa (39,5 milyon dollar), Selin Dion (37,5 milyon dollar) və Şakira (35 milyon dollar) qərarlaşıb.
Ən çox pul qazanan 10 müğənni bir ildə ümumilikdə 645,5 milyon dollar əldə edib ki, bu da ötən illə müqayisədə 28,5 faiz çoxdur.
Qeyd edək ki, "Forbes” reytinq siyahısını ulduzların 2018-ci il iyunundan 9-cu ilin iyununa qədərki dövrdə qazancını nəzərə alaraq tərtib edib.
banner

Oxşar Xəbərlər