• çərşənbə axşamı, 19 mart, 07:32
  • Baku Bakı 8°C

Texnologiyanı qabaqlayan ədəbiyyat

25.12.17 11:05 1176
Texnologiyanı qabaqlayan ədəbiyyat
Yeniliyin, irəliləyişin əsasında birmənalı şəkildə hansısa ideya dayanır. Bu gün bizi heyrətə salan kəşflərin çoxunun ideyasını isə əsrlər əvvəldən yazarlar xəyal edərək, veriblər.
1. Marsın iki peykinin olduğu ilk dəfə Conatan Sviftin "Qulliverin səyahəti” əsərində təsvir olunub. 151 il sonra Marsın, həqiqətən də, iki peykinin olduğu kəşf edilib.
2. Aya insan səyahəti ideyası isə ilk dəfə Jül Vernin "Aya səyahət” kitabında canlandırılıb. Aya ilk insan səyahəti isə bundan 104 il sonra gerçəkləşdirildi.
3. "Elm kahini” kimi tanınan Jül Vern müasir sualçıların da ideya müəllifidir. "120000 lye su altında” əsərindəki Nautlus adlı elektrikli sualtı gəmi təxminən 90 ilk sonra reallığa çevrildi.
4.Edvard Bellami 1888-ci ildə işıq üzü görmüş "Geriyə baxmaq: 2000-1887” kitabının ən diqqətçəkən məqamlarından biri kredit kartları və onların istifadə mexanizmindən bəhs edilməsi idi. Burada ideyası verilmiş kartlar isə 62 il sonra istifadəyə verildi.
5. Yenə Jül Vern yaradıcılığına qayıdırıq. 1889-cu ildə qələmə aldığı hekayədə 2889-cu ildə insanlar bir-birinə zəng vurarkən, qarşı tərəfi görür və səsini eşidir. Amma bu ideyanın tətbiqi elə də çox zaman almadı. Cəmi 75 il sonra görüntülü zənglər kəşf edildi.
6. Sensor qapılar ideyasının müəllifi isə "Sahibkar oyanır” romanının yazarı H.G.Uelsdir. Bu ideya 1889-cu ildə onun romanında əks olunub. 61 il sonra isə ideya reallaşıb. 1923-cü ildə qələmə aldığı "Allaha bənzəyən adamlar” romanında texnologiya dünyasına səsli mesaj ideyası verib. Təsvir edilən sistem isə 57 il sonra işə düşüb.
7. Uels 1913-cü ildə qələmə aldığı "Zirehli maşınlar vətəni” hekayəsində isə ilk dəfə tankın təsvirini verib. Bundan cəmi 13 il sonra onun təsvirinə tam uyğun gələn ilk tank dizayn edilib.
8. "Lüter Trantın nailiyyətləri” romanında 1910-cu ildə ilk dəfə yalan maşınından bəhs edilib. Edvin Balmer və Uilyam MakHarq bu əhəmiyyətsiz ideya üzərində kiminsə işləyəcəyini xəyal etməzdilər. Amma bu maşın 14 il sonra amiranə şəkildə nümayiş olundu.
9. Hüqo Qernbak isə həm də radar aparatının ideya müəllifidir. Bu aparatın təsviri ilk dəfə Qernbakın "Ralf 124C 41+” romanında verilib. Adıçəkilən roman həm də günəş enerjisindən istifadə ideyasının da ilk toxumlarını əkib.
10. Hüqo Qernbak başqa bir romanı "Dünya azad olur”da tarixdə ilk dəfə atom bombası ifadəsini işlədib. İlk dəfə bunun necə bir şey olduğunu xəyal edib. 31 il sonra atılan atom bombası onun təxəyyülündəkindən çox-çox fərqli olsa da, mahiyyət etibarilə eyni idi.
11. Dünyanı idarə edənlərin silahı hesab edilən DNT testləri ideyasının müəllifi isə "Cəsur yeni dünya” romanının yazarı Eldus Hukslidir.
12. Xəbər peykləri ideyası isə 1951-ci ildə yazılmış "2001: bir kosmos əfsanəsi” romanının müəllifi Artur Klarka aiddir.
banner

Oxşar Xəbərlər