Texniki Universitetə və Mingəçevir Universitetinə yeni rektorlar təyin edildi
Prezident İlham Əliyev V.M.Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilir.Prezident İlham Əliyev Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilir.