• cümə, 19 Aprel, 14:52
  • Baku Bakı 25°C

Texniki baxışın rüsumu dəyişə bilər

29.09.14 16:32 1258
Texniki baxışın rüsumu dəyişə bilər
Hesablama Palatası avtomobillərin illik texniki baxışdan keçirilməsinə görə tutulan dövlət rüsumu ilə bağlı Nazirlər Kabinetinə təklif təqdim edib.
APA-nın məlumatına görə, Hesablama Palatasının Nazirlər Kabinetinə müraciətində qeyd edilib ki, dövlət büdcəsinə dövlət rüsumlarından daxilolmaların tərkibində böyük xüsusi çəkiyə malik olan, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə tutulan dövlət rüsumunun məbləği Nazirlər Kabinetinin 06 oktyabr 2004-cü il tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vahid büdcə təsnifatında büdcə gəlirlərinin 142216 nömrəli təsnifat kodunda rüsumlardan daxilolmaların tərkibində böyük xüsusi çəkiyə malik olan digər dövlət rüsumu - Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə görə tutulan dövlət rüsumu ilə birlikdə göstərilir.
Bu isə ayrı-ayrılıqda xüsusi çəkisi əhəmiyyətli səviyyədə olan göstərilən mənbələrdən büdcə daxilolmalarının proqnozlaşdırılması və icrası barədə müvafiq rəylərin əsaslılığına təsir göstərir. Hesablama Palatası müvafiq olaraq vahid büdcə təsnifatında büdcə gəlirlərinin qeyd olunan təsnifat kodu üzrə daxilolmaların diferensiallaşdırılması və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə tutulan və dövlət büdcəsinə ödənilən dövlət rüsumlarının məbləğinin Azərbaycan Respublikasının vahid büdcə təsnifatında ayrı təsnifat kodu ilə göstərilməsi məqsədəuyğun hesab edib.
banner

Oxşar Xəbərlər