• şənbə, 20 Aprel, 12:09
  • Baku Bakı 23°C

Tətil yolu ilə fəaliyyətin dayandırılmasına görə cəzalar müəyyənləşir

26.04.18 15:15 598
Tətil yolu ilə fəaliyyətin dayandırılmasına görə cəzalar müəyyənləşir
Azərbaycanda idarə, müəssisə və təşkilatlarda tətil və digər üsullarla fəaliyyətin dayandırılması ilə bağlı yeni cəzalar müəyyənləşdirilir.
APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindənMilli Məclisə İnzibati Xətalar Məcəlləsinə yeni 517-2.12 maddəsinin əlavə edilməsi təklif olunub.
Layihəyə görə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya digər üsullarla dayandırılmasının qadağan edilməsi ilə bağlı tələbin pozulmasına görə fiziki şəxslərə 200 manatdan 350 manatdək cərimə və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətdə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər 500 manatdan 700 manata qədər cərimə, hüquqi şəxslər isə 3000 manatdan 4500 manata qədər cərimə oluna bilərlər.
LayihəMilli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər