• cümə axşamı, 28 mart, 23:04
  • Baku Bakı 13°C

Təsnifi Hacıbaba dəb saldı...

23.10.19 11:00 661
Təsnifi Hacıbaba dəb saldı...
Bal kimi səsi olan Hacıbaba Hüseynovun 100 illik yubileyi qeyd edilir
Gözümü dünyaya açandan onun ifası qulaqlarımda, səsi yaddaşımdadır. Televizorun ağ-qara ekranından "Qarpız kəsdim bal kimi...” deyə səsi ətrafa yayılardı. Əlindəki dəfi ahəstə çala-çala özünü müşayiət edərdi. Səsi də elə bal kimi idi. O zaman bu köhnə kişinin qədim səsi mənə çox uzaq illərin arxasından gəlirmiş kimi eşidilərdi. Amma ata-anamın "Hacıbabadı...” deyə məhəbbətlə söyləmələrindən yaxşı xanəndə olduğunu anlayardım. Böyüdükcə, qulağım və zövqüm muğam səsinə alışdıqca muğam ifaçısı Hacıbaba Hüseynovun həqiqətən böyük sənətkar olduğuna inanır və ona olan sevginin böyüklüyünü başa düşürdüm.
Bu il isə bu böyük sənətkarın - Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyi qeyd edilir. "Qədim xanəndəlik sənəti ənənələrinin layiqli davamçılarından biri kimi Hacıbaba Hüseynov muğamı və bədii sözü ahəngdar şəkildə uzlaşdırmış, yüksək ifaçılıq mədəniyyətinin parlaq nümunələrini yaratmışdır. Təsirli və məlahətli səsə malik sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı, çoxsaylı təsniflər və xalq mahnıları ilə musiqisevərlərin qəlbində silinməz iz qoymuşdur” deyə ölkə başçısının Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətləri olan ustad sənətkarının yubileyinin keçirilməsi ilə bağlı sərəncamında qeyd edilir.
H.Hüseynovun səs diapazonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib.
Amma məni yamsılama...
Hacıbaba Hüseynov Bakıda, Çəmbərəkənd məhəlləsində, dənizçi Hüseynəli Hacıbaba oğlunun ailəsində anadan olub. Ruhani ailəsində böyüyüb. Erkən yaşlarında məscidlərdə, yas məclislərində nohə və mərsiyyə söyləyərmiş. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən Hacıbaba Hüseynov xanəndənin oxuduqlarını təkrar edir, onu yamsılıyarmış. Dostları da gənc Hacıbabaya "sən oxuyanda elə bilirik Zülfü oxuyur” deyərmişlər. 1941-ci ildə Böyük Vətən müharibəsinin başlaması ilə, gənc Hacıbaba muğam oxumağa fasilə verib "Parkommuna zavodunda tornaçı işləməyə başlayır. Öz dediyinə görə, ucadan olmasa da, ürəyində həmişə muğam oxuyarmış. Müharibə bitəndə o artıq xanəndə kimi tanınırmış. Baldızı Sara Qədimova onu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Əhməd müəllim gənc Hacıbabanı öz ansamblına işə gətirir. Gənc xanəndə həmin ansamblda üç il çalışır. O, güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarını öyrənərək qəzəllər yazmağa başlamışdı. Həmin vaxtlarda Hacıbaba Hüseynov ansamblla çıxış edən xanəndələrdən, musiqiçilərdən, Əhməd Bakıxanovdan muğamın incəliklərini öyrənir. O, ömrünün sonuna qədər Əhməd Bakıxanovu özünün əsas ustadı hesab edir. Toylarda nağara çalan Hacıbabanı, bəzən toy sahibləri oxutdurarmışlar. Hacıbaba Hüseynov xatirələrinin birində danışıb: "Bir gün Zülfü Adıgözəlova söyləyirlər ki, bir cavan oğlan var, nağara ifa edir və oxuyur, yaman səni yamsılayır. Zülfü məni öz yanına - Konservatoriyaya çağırdı və oxumağımı xahiş etdi. Oxuyub qurtarandan sonra dedi ki, yaxşı oxuyursan, amma məni yamsılama. O vaxtdan öz ifa tərzimi seçdim”.
400-ə yaxın qəzəl, müxəmməs, qitə, təmsil...
1963-cü ildə - Zülfü Adıgözəlovun vəfatından sonra, Əhməd Bakıxanov Hacıbaba HüseynovuAzərbaycan Dövlət Musiqi Məktəbindəmuğamatdan dərs deməyə dəvət edir. Hacıbaba Hüseynov daim saflığını qorumağa çalışdığı muğamın tədrisi sahəsində uzun illər səmərəli fəaliyyət göstərib və məşhur xanəndələrin bütöv bir nəslinin yetişdirilməsinə böyük əmək sərf edib. Xanəndə ömrünün sonuna qədər, 30 il ərzində dərs deyib, xanəndələr yetişdirib. Onun səhnə fəaliyyəti ilə Asəf Zeynallı adına Musiqi Texnikumunda (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) müəllimliyi bir-birini tamamlayıb.
H.Hüseynovun tələbələri arasında Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Aqil Məlikov, Səfər Mirzəyev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə, Sahib İbrahimov və b. görkəmli sənətkarların adları var. Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə və Alim Qasımov Hacıbaba Hüseynovun birbaşa tələbələri olmasalar da, onun ifasından çox bəhrələniblər və məktəbini layiqincə təmsil ediblər.
Xalqartisti, tarzən Vamiq Məmmədəliyev Hacıbaba Hüseynovu 20-ci əsrin ən böyük xanəndələrindən biri adlandırır: "Muğamda bir müşayiətçi kimi ondan çox incəliklər öyrənmişəm. Belə sənətkarlar həmişə dünyaya gəlmir. Hacıbaba mərsiyələri çox dinləyib.Onlara özü söz qoşub oxuyardı.Seyid Əzimi çox sevərdi.Onun qəbrini ziyarət edib.Hər adamla oturub söhbət eləməzdi.Mən Asəf ZeynallıadınaMusiqi Texnikumunda tələbə olarkən 4 il onun dərslərində pulsuz konsertmeyster işləmişəm, "Burada bir rəngi çal, burada gözlə...” deyə orada bişmişəm.Xanəndə müşayiət etməyin də öz qanunları var. Hacıbaba özü 4 sinif qurtarıb, savadı olmayıb, amma toylarda yetişib.Əkrəm Cəfər, Əli Fəhmi, Həkim Qəni, Hacı Mayılla söhbətlərdə bişib.Zülfüdən çox şey götürüb.O vaxt xanəndələr bir-birinə qəzəl verməzdilər, paxıllıq olub.Təsnifi Hacıbaba dəb saldı, ondan sonra toylarda təsnif oxumağa başladılar.Həmişə deyirdi,ki, bu təsnifləri dəbdə qalmaq üçün oxuyuram. Özü də gözəl qəzəllər yazıb oxuyurdu, nəbzi tutanadamidi, elə nöqtələrə toxunardı ki, toylarda hamı onu tələb edirdi. O, azsaylı xanəndələrdəndir ki, böyük pərəstişkar ordusu vardı, məclisə dəf əlində daxil olanda hamı ayağa dururdu.Bəzi xanəndələr dəfi özü götürməzdilər, ar bilərdilər, kimsə onun dəfini daşıyırdı, amma Hacıbaba deyirdi ki, yox, özüm aparacağam dəfimi, bu, mənim sənətimdir.Səsində bir qətrə də xariclik yox idi.Səsinə baxan idi, məclisdə yemək yeməzdi, ancaq çay-meyvə.Deyərdi ki, xanəndə gərək səsi olmayanda da oxuya bilsin, səs olanda oxumağa nə var ki!İnanmırdı ki, ona Filarmoniyada yubiley keçirsinlər.Deyirdi ki,kimqoyar məni o səhnəyə?Başım keçəl, burnum böyük, qarnım yekə.Özüm də qara divə oxşayıram.Amma ona çox gözəl yubiley keçirdilər”.
Əməkdarartist,kamançaifaçısıMirnazimƏsədullayevHacıbabaHüseynovla uzun illər birgə çalışıb: "Ustadın sözü və ritmi həmişə rəvanidi.Hacıbaba müəllim insankimiqayğıkeş, sənətkar vəpedaqoqkimiisə öyrənmək istəyən hərbirtələbəyəböyüksevgiilə sənətinsirriniöyrədən,elşənliklərindəözpozitiv, şən ifaları ilə xalqın sevgisini qazanan bir sənətkar idi”.
Akademik Rafael Hüseynov isə 30 ildən çox müddətdə apardığı tədqiqatlar, çoxlu sayda əlyazma və arxiv materialları, eləcə də sənət xadimlərimizlə müntəzəm ünsiyyət və müsahibələrinin bəhrəsi kimi meydana gətirdiyi "Hacıbaba Hüseynov” kitabında yazır: "Məşhur xanəndə qədim muğamlarımızın misilsiz ifaçısı olmaqla yanaşı, həm də istedadlı qəzəlxan idi. O, qəzəllərini təkcə özü ifa etməyib. Həmin şeirlər bir sıra başqa xanəndələrin repertuarında da yer tutmaqdadır. Görkəmli sənətkar uzun illər muğamatdan dərs deyərək xanəndələr yetişdirib və yeni məktəb yaradıcısı kimi şöhrət tapıb”.
Hacıbaba Hüseynov ilk dəfə televiziya ekranında görünəndə təqribən qırx yaşı varmış.Həmin gün bəstəkar Cahangir Cahangirov onu studiyaya dəvət edib və studiyada tarzən Əhsən Dadaşovun və kamançaçalan Fərhad Dadaşovun müşayiəti ilə "Zabul”, "Rast” və "Şur” muğamlarını oxuyub.
Görkəmli xanəndənin yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olaraq muğam ifaçılığında geniş yayılıb. Görkəmli xanəndə muğamda oxunan - Rast muğamının "Üşşaq” və "Hüseyni”, Novruz-rəvəndə, digər muğamlarda olan "Şah Xətai” şöbələrinin ilk ifaçısı olub. Hacıbaba Hüseynovun təşəbbüsü ilə Bayatı-Şiraz muğamının "Dilruba” şöbəsi dərsliyə əlavə olunub.
Hacıbaba Hüseynov xalq yaradıcılığına da böyük diqqət verib. O, Azərbaycanın müxtəlif bölgələrindən, habeləTürkiyəvəİraqdaoxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə edib, beləliklə, xalqdan topladığını yeniləmiş şəkildə xalqa qaytarıb, bu sənət əsərlərin daha da geniş tanınmasına zəmin yaradıb.
Hacıbaba Hüseynovun ədəbi irsi 400-ə yaxın qəzəl, müxəmməs, qitə, təmsil, qoşma və digər mənzumələrdən ibarətdir. O, musiqi xəzinəmizə həm sözlərinin, həm də melodiyalarının müəllifi olduğu bir sıra təsnifləri yadigar qoyub.
Əvəzolunmaz ifa
Hacıbaba Hüseynov 1989-cu ildə - 70 illik yubileyindən sonra ilk dəfə xarici səfərə İraq səfərinə gedir. Böyük bir musiqiçi və ziyalı heyəti ilə yollandığı səfər anşlaqla qarşılanır. 1990-cı ildə Türkiyənin Adana şəhərinə, 1991-ci ildə 1 ay ərzində Fransanın Paris, Marsel, Leon, Monpelye, Belçikanın Brüssel şəhərlərində, İsveçrədə, Hollandiyada konsertlər verir. Son səfəri 1992-ci ildə on iki nəfərlik musiqiçi heyəti ilə İran İslam Respublikasına olur. İki ay çəkən səfər zamanı xanəndənin İranda yadda qalan ifaları olur.
Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə H.Hüseynov 1989-cu ildə Azərbaycanın Əməkdar artisti, 1990-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb.
Hacıbaba Hüseynov 24 oktyabr, 1993-cü ildə Sumqayıt şəhərində prokurorluq işçilərinin qonağı olur. Məclisdə çoxlu söhbət edir, qəzəllərindən deyir və muğamlardan parçalar oxuyur. Axşama yaxın evə gələn xanəndə birinci mərtəbədən səkkizinci mərtəbəyə liftlə qalxır, ancaq mənzilinə ailəsinin köməkliyi ilə daxil olur. Ağır xəstəlikdən əziyyət çəkən xanəndə həmin gecə vəfat edir.
Görkəmli xanəndə Birinci Fəxri Xiyabanda dəfn olunub. Musiqi tariximizdə və insanların yaddaşında onun əvəzolunmaz ifası qalıb.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər