AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Təşkilat daxilində əlaqə möhkəmləndirilib

Təşkilat daxilində əlaqə möhkəmləndirilib

Cəmiyyət
14 Dekabr 2018, 14:22 335
Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi müddətində təşkilat daxilində əlaqə möhkəmləndirilib.

Trend-in məlumatına görə, bunu QDİƏT Xarici işlər nazirləri Şurasının 39-cu iclası ilə bağlı mətbuat konfransında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

O bildirib ki, Azərbaycanın QDİƏT-də sədrliyi bu il iyulun 1-də başlayıb və dekabrın 31-i başa çatacaq.

Nazir müavini əlavə edib ki, Azərbaycanın təşkilata sədrliyi müddətində səmərəli və etibarlı tranzit xidmətlərinin təmin olunması, kənd təsərrüfatı, turizm kimi sahələrin inkişafı məsələləri müzakirə olunub.