• cümə axşamı, 18 aprel, 10:23
  • Baku Bakı 12°C

Tərtərə səfər təşkil olunub

11.12.17 09:20 2166
Tərtərə səfər təşkil olunub
Azərbaycan prezidentiİlham Əliyevin göstərişinə əsasən, bu günQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsitərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin Tərtər rayonuna səfəri təşkil olunub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, səfər çərçivəsində diplomatlar və KİV nümayəndələri Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış kompleksi və orada yaradılmış şəraitlə, həmçinin Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, yenidən bərpa olunmuş "Marağa-150” abidəsi ilə yerində tanış tanış olacaqlar.
banner

Oxşar Xəbərlər