• şənbə, 20 Aprel, 12:27
  • Baku Bakı 23°C

Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışı olub - Fotolar

28.11.17 12:25 1274
Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışı olub - Fotolar
Bu gün Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışı olub.
APA-nın məlumatına görə, Azərbaycan prezidentiİlham Əliyevaçılışda iştirak edib.
Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirir.
"Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, uzunluğu 29,5 kilometr olan Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu üçüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı, hərəkət hissəsinin eni 8 metr olan yol inşa edilərkən 39,7 min kubmetr torpaq işləri görülüb, müxtəlif diametrli suötürücü borular tikilib, 14 avtobus dayanacağı yaradılıb. Bundan əlavə, yol üzərində işıq dirəkləri quraşdırılıb, yol nişanları və göstərici lövhələr yerləşdirilib. Yolun 17-ci kilometrliyində İncəçay çayı üzərində uzunluğu 34,8 metr, eni 10,5 metr olan körpü inşa edilib.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.






banner

Oxşar Xəbərlər