AZE | RUS | ENG |

Tərtər çayı üzərində körpünün tikintisinə 4 milyon manat ayrılıb

Tərtər çayı üzərində körpünün tikintisinə 4 milyon manat ayrılıb
Prezident İlham Əliyev Tərtər çayı üzərində körpünün tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Regionların nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, əhalinin və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi vacib məsələlərdəndir. Son illərdə Bakı şəhərində və respublikanın digər bölgələrində çoxsaylı nəqliyyat infrastrukturu layihələri, о cümlədən respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər tikilərək əhalinin istifadəsinə verilmiş və bu işlər ölkənin inkişaf prioritetlərinə uyğun olaraq davam etdirilməkdədir. Belə ki, bölgə əhalisinin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə cari ildə Bərdə şəhərinin şimal və cənub hissələrini birləşdirən Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş mövcud körpünün sökülərək yerində yeni körpünün tikintisi işlərinə başlanılmışdır".

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini əsas götürülərək, Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 373 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü"nün 21-ci bəndində göstərilmiş məbləğin 4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9343
GEL 1 1 Gürcüstan larisi 0.6392
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1875
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1885
CHF 1 1 İsveçrə frankı 1.7083
KWD 1 1 Küveyt dinarı 5.6026
TRY 1 1 Türkiyə lirəsi 0.3193