• cümə, 26 Aprel, 09:42
  • Baku Bakı 12°C

Terrorun necə təhlükəli olmasının bariz nümunəsi

15.12.18 15:15 700
Terrorun necə təhlükəli olmasının bariz nümunəsi
Bu gün biz həssas dünyada yaşayırıq və dünyada heç bir ölkə terrorçuluq, radikallıq və ekstremizmdən sığortalanmayıb. Azərbaycan da terrorçuluğa məruz qalan bir ölkədir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Milli Məclisdə (MM) Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal konfransında deyib.
S.Fətəliyeva bildirib ki, 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır və qonşu Ermənistanın etnik təmizləməsi nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurdlarını tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşüblər.
Komitə sədrinin müavini vurğulayıb ki, bu işğal zamanı törədilmiş etnik təmizləmə terrorun hər bir ölkə üçün necə təhlükəli olmasının bariz nümunəsidir.
Millət vəkili Azərbaycanda gənclərə böyük diqqət və qayğının göstərildiyini qeyd edib: "Dünyada bəzi terror təşkilatları özlərini İslam təşkilatı kimi təqdim edərək İslamın adına xələl gətirirlər və gəncləri pis yola sürükləyirlər. Etnik və dini zəmində yaranan münaqişələrin sayı get-gedə artmaqdadır. Azərbaycan bu mənada öz dözümlülük ənənələrini qoruyub saxlayır. Müxtəlif dinlərə və etnik qruplara mənsub olan xalqlar əsrlər boyu Azərbaycanda yaşayır və ona görə də tolerantlıq və multikulturalizm ideyaları həyatımızın ən dəyərli hissəsidir və eyni zamanda dövlət siyasətinin proritetlərindən biridir”.
banner

Oxşar Xəbərlər