• cümə, 29 Mart, 16:33
  • Baku Bakı 14°C

Terrorizmə qarşı müharibəyə təqribən 6 trilyon dollar xərclənib

15.11.18 14:30 382
Terrorizmə qarşı müharibəyə təqribən 6 trilyon dollar xərclənib
Birləşmiş Ştatlar 2001-ci ildə başlanmış terrorizmə qarşı müharibəyə təqribən 6 trilyon dollar xərcləyib.
AZƏRTACxəbər ki, bu barədə Braun Universiteti nəzdində Uotson adına Beynəlxalq Münasibətlər və Publik Siyasət İnstitutunun "Müharibələrə çəkilən xərclər” layihəsi çərçivəsində dərc edilmiş elmi tədqiqatın nəticələri barədə məruzədə danışılır. Sənəddə terrorizm əleyhinə hərbi gücdən istifadə olunması üçün daha əvvəl hökumət tərəfindən gizli saxlanılmış və təsdiq edilməmiş xərclər qeyd edilib.
Otuz beş alimdən, hüquq müdafiəçisindən və həkimdən ibarət komanda hökumətin gözlənilən maliyyə öhdəliklərini, məsələn, veteranlara daim qayğı göstərilməsi öhdəliklərini də öz hesablamalarına daxil edib. Tədqiqatda, həmçinin ABŞ-ın siyasi landşaftı, hərbi fəaliyyət zonalarında qadınların statusu, İraq və Əfqanıstan hökumətlərinin şəffaflığı nəzərdən keçirilib.
On üç səhifəlik təhlildə deyilir ki, 5,9 trilyon dollar ABŞ-ın terrorizmə qarşı müharibəsinə xərclənib və ya bu müharibə ilə bağlı xərclər üçün planlaşdırılıb. İndiki hərbi münaqişələr 2020-ci ilə qədər davam edərsə, bu rəqəm 7 trilyon dollara qədər artacaq.
İnstitutun məruzəsində şərh olunmuş xərclərin qiyməti ABŞ Müdafiə Nazirliyinin rəsmi rəqəmindən bir neçə dəfə yüksəkdir, çünki tədqiqatda Milli Təhlükəsizlik və Veteranların İşləri Nazirliyinin xərclərinin, habelə hərbi texnika və heyət ilə bağlı xərclərin artması nəzərə alınıb.
banner

Oxşar Xəbərlər