• cümə axşamı, 28 mart, 20:35
  • Baku Bakı 13°C

Terrorçuluqla mübarizəyə dair daha bir sənəd təsdiqlənib

18.11.16 20:11 1024
Terrorçuluqla mübarizəyə dair daha bir sənəd təsdiqlənib
Azərbaycan prezidenti "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Ədliyyə, Maliyyə, Vergilər, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Dövlət Sərhəd Xidmətinə, Dövlət Gömrük Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılıb ki, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə illik hesabatlarını hər il dekabrın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada təqdim etsinlər.

Nazirlər Kabineti və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilib ki, Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

Mərkəzi Bank, Auditorlar Palatası, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəməsinə, Baş Prokurorluğu və Vəkillər Kollegiyası Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
banner

Oxşar Xəbərlər