• cümə axşamı, 18 aprel, 19:54
  • Baku Bakı 21°C

Terrora “yox” deyək! - Video

08.07.18 14:17 1390
Terrora “yox” deyək! - Video
YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev Gəncə sakinlərinə, YAP Gəncə şəhər Təşkilatının üzvlərinə müraciət ünvanlayıb.
Müraciətdə deyilir: 3 iyul tarixində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd terror hadisəısidir. Bu terroru törədənlərin bir məqsədi var: Azərbaycandakı stabilliyi pozmaq, xaos yaratmaq. Bizlər Şah İsmayıl Xətainin, Cavad Xanın nəvələriyik. Biz gəncəlilər, biz azərbaycanlılar həmişə Ulu öndər Heydər Əliyevin yolu ilə getmişik.
Mən hər birinizdən xahiş edirəm ki, bu terroru lənətliyək və ölkəmizdə stabilliyi pozmaq istəyən qüvvələrin sosial şəbəkələrdə yaydığı videoları, mesajları, statusları lənətliyək. Gəlin, birlikdə Azərbaycanı istəməyən qüvvələrə "YOX” deyək.
banner

Oxşar Xəbərlər