Terri təyinat aldı, amma...
"Aston Villa”
yeni baş məşqçini ictimaiyyətə təqdim edib.
Aznews.az .az xəbər verir ki, "Aston Villa” "sükanı”
Din Smitə həvalə edib. İngiltərə mətbuatı Smitin təyinatına qədər iddia edirdi
ki, baş məşqçi postuna Con Terri gətirilə bilər.
Ancaq bu ehtimal
doğrulmayıb. Buna baxmayaraq, Terri "Asaton Villa”da işlə təmin olub. O, Smitin
köməkçisi kimi fəaliyyət göstərəcək.
"Aston Villa”
Xesus Qarsiya Pitarxı da idman direktoru təyin edib. Bu funksioner "Valensiya”
və Madrid "Atletiko”sundakı işi ilə tanınıb.
Con Terri
karyerasını bir neçə gün əvvəl bitirib. O, futbolda son mövsümünü "Aston
Villa”da keçirib.