• cümə axşamı, 28 mart, 21:41
  • Baku Bakı 13°C

Tereza Mey: “Brexit”ə dair ikinci referendum keçirilməyəcək”

20.01.18 10:20 444
Tereza Mey: “Brexit”ə dair ikinci referendum keçirilməyəcək”
Böyük BritaniyanınAvropa İttifaqından çıxması ilə əlaqədar ikinci referendum keçirilməyəcək.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib.
"Daha bir referendum olmayacaq. Parlament Britaniya ictimaiyyətinə seçim hüququ, ictimaiyyət isə qərarını verib”, deyə baş nazir vurğulayıb.
Yanvarın 16-daAvropa İttifaqıŞurasının sədri Donald TuskAvropa Parlamentində çıxış edərkən deyib ki, Böyük Britaniya hələ də "Brexit"lə bağlı qərarını dəyişib,Avropa İttifaqında qala bilər.
Qeyd edək ki, 2016-cı ildə keçirilən referendumda britaniyalıların 51,9%-i krallığınAvropa İttifaqının tərkibindən çıxmasına səs verib. 2017-ci il, fevralın 1-də isə Britaniya parlamentinin İcmalar Palatası "Brexit” prosedurunun başlanmasına səs verib.
banner

Oxşar Xəbərlər