• şənbə, 20 Aprel, 14:06
  • Baku Bakı 23°C

Tərəfdaşlıq prioritetlərinə dair sənəd paraflanıb

11.07.18 15:09 489
Tərəfdaşlıq prioritetlərinə dair sənəd paraflanıb
BrüsseldəAvropa İttifaqıilə Azərbaycan arasında tərəfdaşlığın prioritetlərinə dair sənədin paraflanması mərasimi keçirilib və sənədin mətni üzrə danışıqlar yekunlaşdırılıb.
APA-nın "European İnterest” agentliyinə istinadən verdiyi xəbərə görə, sənədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsiFederika Mogerinivə Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarovtərəfindən imza atılıb.
Mərasimdəprezident İlham ƏliyevvəAvropa İttifaqıŞurasının prezidenti Donald Tusk da iştirak edib.
Məlumatda bildirilir ki, tərəfdaşlıq prioritetləri gələcək illər üçün Aİ-Azərbaycan əlaqələrində irəliyə doğru əhəmiyyətli bir addımdır. Tərəfdaşlıq prioritetləri Aİ-Azərbaycan münasibətlərinindaha da möhkəmləndirilməsinə yönəldiyi üçün Azərbaycan vəAvropa İttifaqıxalqlarının rifahına müsbət təsir göstərəcək. Eləcə də, tərəfdaşlıq prioritetləri vasitəsilə Aİ və Azərbaycan iddialı və gündəmdə olan hərtərəfli öhdəliklərini yeniləmiş olurlar.
Tərəfdaşlıq prioritetləri artıqAvropa İttifaqıvə Azərbaycan tərəfindən rəsmən təsdiq olunmuş sayılır və qəbulu gözlənilir.
banner

Oxşar Xəbərlər