AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tərbiyəli qadın

Tərbiyəli qadın

15 Fevral 2016, 10:48 688
1

Xanım Baroda biləndə ki, ərinin dostu Qovernail gəlib bir-iki həftə onların bağ evində qalacaq, bir az əsəbiləşmişdi.
Onlar ötən qışı çox gözəl əylənmişdilər. Vaxtlarının çoxunu Yeni Orleanda, ancaq bir-birindən ayrı keçirmişdilər. İndi o ümid edirdi ki, bağ evində əriylə təkbətək yaxşıca istirahət edəcək. O belə fikirləşdiyi vaxtlarda əri dostu Qovernailin bir-iki həftəliyə gəlib onlarda qalacağını dedi.
O, bu kişi haqqında ərindən çox eşitmişdi, ancaq bir dəfə də olsun onun üzünü görməmişdi. Qovernail ərinin tələbəlik dostu idi. O indi jurnalist idi, şəhərdə işləyirdi, bəlkə də onu bu vaxtacan görə bilməməyinin əsas səbəbi də bu idi. Ancaq instiktiv olaraq o öz beynində ərinin dostunun imicini yaratmışdı. Ona görə Qovernail hündür, arıq, özündən razı bir kişi idi. Eynək taxır, əllərini də cibinə qoyurdu. O xəyalında obrazını yaratdığı bu kişini xoşlamırdı. Qovernail, həqiqətən də, arıq idi, ancaq o çox da hündür və zündən razı deyildi. O heç eynək də taxmırdı, ya da əllərini də cibinə qoymurdu. İlk dəfə Qovernail özünü ona təqdim edəndə xanım Baroda onu çox bəyənmişdi.
O Qovernaili niyə xoşlayırdı, bunu heç özü də yaxşı bilmirdi. Əri Qaston onu həmişə inandırmışdı ki, Qovernaildə çoxlu yaxşı xüsusiyyətlər var. O, bu yaxşı cəhətlərin heç birini onda görmürdü. Ancaqəksinə, əri Qaston nə qədər qonaqpərvər olsa da Qovernailaz danışar, lal-dinməz durardı. Qovernailin ona qarşı rəftarı çox ədəbli idi, hər bir qadın bundan razı qalardı. Bununla belə, Barodanınqarşı hörməti müqabilindəo ciddi heç nə etmirdi.
Gəldiyi ilk gündə o hündür sütunlu eyvanda oturub siqaret çəkməyi, Qastonun şəkər plantasiyası sahəsindəki təcrübələri haqda söhbətinə diqqətlə qulaq asmağı xoşlayırdı.
- Bax, mən buna həyat deyərdim, - şəkər plantasiyasından əsən külək onun saçını tumarlayanda o dərin məmnunluq hissiylə hərdən dodaqaltı deyərdi.
Ayağına üzlərini sürtəniri itlərlə də oynamağı sevirdi. O balıq tutmağa getmirdi, ya da Qaston ona quş ovuna getməyi təklif edəndə razı olmurdu.

2
Qovernailin xarakteri xanım Barodanı çox düşündürürdü, ancaq bununla belə, yenə də ondan xoşu gəlirdi. O cəlbedici, sakit bir kişi idi.B ir neçə gün keçəndən sonra da xanım Baroda onu heç yaxşı tanıya bilmədi. Buna görə də o çox vaxt ərini və qonağını ikilikdə qoyur, onların yanına getmirdi. Ancaq görəndən sonra ki, belə etməyinin heç bir təsiri olmadı, bundan sonra Qovernail çay qırağına gəzməyə gedəndə onu müşayiət edirdi.
- Sənin dostun nə vaxt gedəcək? - bir gün o ərindən soruşdu. – Onun hərəkətləri məni çox yorur.
- Əzizim, o hələ heç bir həftə deyil ki, burdadır. Başa düşə bilmirəm, onun burda olmağı səni niyə yorur.
- İstərdim ki, o lap çox qalsın. Ancaq o da başqaları kimi olsaydı, mən özümü daha rahat hiss edərdim.
Qaston arvadının qəşəng sifətini əlləri arasına aldı, onun narahat gözlərinə baxdı.
Onlar xanım Barodanın otağında dostcasına söhbət edirdilər.
-S ən başdan-başa sürprizlərlə dolusan, - əri ona dedi. – Ağlıma sığışdıra bilmərəm ki, sən hansısa vəziyyətdə necə hərəkət edərsən.
Belə deyib Qaston onu öpdü, sonra güzgüyə baxıb qalstukunu bərkitdi.
- Bir bax, yazıq Qovernailin bütün günü sakitcə oturmağı səni həyəcanlandırır. Bu, heç vaxt onun ağlına da gəlməz.
- Nə? Həyəcanlanıram? – xanım Baroda hirsləndi. – Belə şey yoxdur! Belə söz deməyə necə dilin gəlir? Bura bax, sən o vaxt deyirdin ki, o çox ağıllıdır!
- Əlbəttə, o ağıllıdır! Ancaq o yazıqşəhərdə o qədər işləyib ki, indi dincəlmək istəyir. Elə bu səbəbdən mən ona dedim ki, gəlib bir az burda dincəlsin.
- Bir vaxtlar deyirdin ki, onun qəşəng ideyaları var, - xanım Baroda ərinə etiraz etdi. - Ən azı mən onu maraqlı bir insan hesab edirdim. Mən sabah şəhərə gedib yaz geyimləri alacam. De görüm, Qovernail nə zaman gedəcək? Mən Oktaviye xalagildə olacam.


3.

Həmin gecə xanımgedib Baroda hndür palıd ağacının altındakı skamyada oturdu.
Onun fikirləri heç vaxt belə qarmaqarışıq olmamışdı. Özündən baş açmırdı, ürəyindən keçirdi ki, səhər açılan kimi, öz evindən çıxıb getsin.
Xanım Baroda qəflətən çınqıllı cığırda addım səsləri eşitdi. Qaranlıqda yalnız siqaretin işığını gördü. Bildi ki, gələn Qovernaildir, çünki əri siqaret çəkmiredi. Ürəyində ümid etdi ki, kaş Qovernail onu qaranlıqda görməsin, ancaq əyinindəki ağ xalatonu Qovernailə “göstərdi”. O tez siqaretini kənra tulladı və gəlib skamyada onun yanında oturdu, heç fikirləşmədiki, birdən yanında oturduğuna görə xanım Baroda etiraz edər.
- Ərin dedi ki, bunu sənə çatdırım, xanım Baroda, - o dedi və ağ, nazik şərfi ona uzatdı.
Xanım Barodaçox vaxt bu şərfi çiyninə atıb bayıra çıxardı.
Qovernail şərfi ona uzadanda o dodaqaltı təşəkkür etdi, şərfi dizi üstünə qoydu.
Qovernail yaz gecəsi haqda bir neçə kəlmə söz dedi. Sonra qaranlıqda yavaşca dedi:
- Cənub küləkli gecələr - səmada bir neçə ulduz olan gecələr! Hələ də başını yırğalayan gecə...
Xaım Barodaonun gecə haqda dediyi poetik ifadələri eşidib heç nə demədi. Çünki bu sətirləri ona ünvanlamamışdı.
Qovernail utancaq adam deyildi, başqalarnn onun barəsində nə fikirləşəcəyini də düşünən adam deyildi. Hərdən sakitcə oturmağı onun əhvalına görə idi. Xanım Barodanın yanında oturarkən onun “sükutu” bir anda əridi.
O yavaş-yavaş söhbət edirdi. Onun söhbətini dinləmək xamın Barodaya xoş idi. O keçmiş tələbəlik illərindən, Qastonla necə dostluq etməsindən danışırdı.
Arzularını, kor ambisiyalarnı xatırlayır, həmin günlərdən yalnız xatirələr qaldığını deyirdi.

4.
Xanım Baroda onun nə dediklərini güclə qavrayırdı. İndi Qovernailin onun lap yanında oturması, “fiziki” yaxınlığı onun beynini məşğul edirdi. Heç onun sözlərinə fikir vermirdi, yalnız səsinin tonunu hiss edirdi. Xanım Baroda bu anlarda istəyirdi ki, qaranlıqda ayağa durub barmaqlarının ucunu onun üzünə ya da dodaqlarına toxundursun. O istəyirdi ki, ona daha da sıx otursun, üzünü onun yanağına söykəyib dodaqlarına nəsə pıçıldasın - hansı söz deməyin heç bir əhəmiyyəti yox idi... O ürəyində fikirləşdiklərinin hamısını edərdi, əgər tərbiyəli bir qadın olmasaydı.
Daxilində hansısa impuls onu Qovrnailə tərəf çəkirdi, başqa bir impuls isə onu ondan uzaqlaşdırırdı. Axır ki, o kobudcasına ayağa durdu, Qovernaili skamyada tək qoyub getdi.
O hələ evə çatmazdan qabaq Qovernail başqa bir siqaret yandırdı, gecəyə həsr etdiyi o biri ifadələri qaranlığa pıçıldadı.
Həmin gecə xanım Baroda bayaqkı ağılsız duyğuları haqda özünə həm də dost hesab etdiyi ərinə demək istədi. Ancaq bacarmadı. O tərbiyəli qadın olmaqla bərabər, həm də çox ağıllı qadın idi. O bilirdi ki, həyatda elə döyüşlər var ki, hər bir insan o döyüşlərdə tək vuruşmalıdır.
Həmin səhər Qaston oyananda arvadı artıq şəhərə getmişdi. Xanım Baroda şəhərə gedən səhər qatarıyla yola düşmüşdü. Qovernail onların evindən getməyənə qədər o şəhərdən qayıtmadı.
Yayda Qovernaili təkrar dəvət etmək haqda bir neçə dəfə əriylə söhbət etmişdilər. Qaston dostunun onlara gəlməyini çox arzulasa da, arvadı buna etiraz edirdi.
Buna baxmayaraq, il sona çatmazdan qabaq bir gün xanım Barod aözü ərinə təklif etdi ki, Qovernaili evlərinə dəvət etsin. Əri arvadının təklifini eşidib çox təəccübləndi, bir yandan da çox sevindi.
- Əzizim, çox şadam ki, sən nəhayət, ona olan nifrətinə qalib gəldin. İnan mənə, o nifrətə layiq adam deyil.
- Ah, - xanım Baroda güldü, ərini öpüb dedi: - İndi görəcəksən, mən hər şeyə üstün gəlmişəm. Bu dəfə mən ona qarşı çox mehriban olacam.

İngilis dilindən tərcümə edən: Sevil Gültən