• cümə, 29 Mart, 13:40
  • Baku Bakı 14°C

Təranə Qumral: “Musanın əsəbiliyindən istifadə etmək istədilər“

26.02.14 13:46 1729
Təranə Qumral: “Musanın əsəbiliyindən istifadə etmək istədilər“
Show.az-a bu barədə məlumat verən Təranə Qumral bəzi faktların üstünü açıb: “Əslində verilişdə mövzu əxlaqdan və qeyri-qanuni uşaq dünyaya gətirən məşhurlardan idi. Aparıcı da, prodüser Təranə də ancaq Musanı əsəbiləşdirmək üçün əllərindən gələni etdilər. Nə qədər soyuqqanlı olmağa çalışsam da, hər yolla eyni mövzunu qabardırdılar. Onlar yaxşı bilirdilər ki, Musa əsəbidir və bundan istifadə etmək istədilər.
Təranə getsin özündən danışsın. “Atasız dünyaya uşaq gətirən məşhur” mövzusundan uzaqlaşmaq üçün və özünü haqlı çıxarmaq üçün qalmaqal yaratdı. Yəqin onu həm də öyrədib göndəriblər. Musa sual verəndə ki “səni bura kim göndərib?” Özü öz dili ilə dedi ki, “Məni bura Könül Kərimova, Cabbar Musayev və Nazənin göndərib. Hərəsi də 1000 manat pul verib.
Nə qədər efirdə etikanı qorumaq istəsən də, belə adamların ucbatından alınmır. Aparıcı da düz hərəkət etmirdi. Bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəm”.
Xatırladaq ki, dünən efirə gedən verilişdə qalmaqal baş verib. Cütlüyü sərt tənqid edən prodüser Təranə Səmədovanın sözləri Musa Musayevi özündən çıxarıb. O, söyüş söyərək masaya təpik vurub və stəkanları sındırıb. Bundan sonra Təranə Qumral və Musa Musayev studiyanı tərk ediblər.
banner

Oxşar Xəbərlər