• cümə axşamı, 28 mart, 16:14
  • Baku Bakı 16°C

Təranə Qumral: “Musa indi də qısqanır“

27.02.14 16:41 2770
Təranə Qumral: “Musa indi də qısqanır“
Şou-biznesin qalmaqallı cütlüyü Təranə və Musa Musayevlər barədə söz-söhbət səngimək bilmir. Movqe.az xəbər verir ki, Təranə Qumral bir neçə ay bundan əvvəl boşandıqları barədə açıqlama verib. Ancaq indi bu xəbəri təkzib edən müğənni yenidən Musa Musayevlə nikahda olduğunu açıqlayıb: "Əlbəttə ki, bizim nikahımız var.
20 il öncə biz Musa müəllimlə nikaha girmişik və boşanmamışıq. Sadəcə, o vaxt əsəbi olub elə demişəm. Hər kəs bilsin, biz Musa ilə ölənə qədər nikahda olub, elə də öləcəyik. Musa məni ilk gündən necə sevirdisə, indi də elə sevib, qısqanır. Musa 20 il öncə məni necə qısqanırdısa, indi də elə qısqanır".
Xatırladaq ki, Musa Musayev Təranə Qumralı kişi ilə birlikdə yataqlarında tutduğu barədə açıqlama vermişdi. Sonradan Musa Musayevin psixi problemləri olduğu üçün gözünə qara görsəndiyini açıqlayan Təranə Qumral belə şeyin olmadığını deyib.
banner

Oxşar Xəbərlər