• cümə axşamı, 25 aprel, 18:01
  • Baku Bakı 21°C

Tənqidçinin ölümü ilə bağlı müstəqil təhqiqat başlayıb

25.11.13 08:50 1112
Tənqidçinin ölümü ilə bağlı müstəqil təhqiqat başlayıb
Cinayət işində zərərçəkmiş kimi tanınan mərhumun həyat yoldaşı, jurnalist Anar Niftəliyev müstəqil təhqiqatın aparılması üçün vəkil tutub.
Bundan sonra zərərçəkmişin hüquqlarını Müvəkkil Hüquq Mərkəzinin rəhbəri, hüquqşünas Səməd Vəkilov təmsil edəcək.
Səməd Vəkilov APA-ya bildirib ki, artıq işlə tanışlığa başlayıb və Nəsimi Prokurorluğunda açılan cinayət işini aparan müstəntiqlə görüşüb, artıq müdafiə ilə bağlı sənədlər istintaq orqanına təqdim edilib: “İstintaq qrupunun rəhbəri Ələkbər Rzayevlə görüşdüm. Təfərrüata varmaq istəmirəm. Hələ ilk addımdır. Onu deyə bilərəm ki, baş vermiş cinayət işi ilə bağlı müstəqil tədqiqat aparılacaq və bu barədə ictimaiyyətə intensiv məlumat verəcəyik”.
Qeyd edək ki, zərərçəkmiş Anar Niftəliyev ötən həftə istintaqın hərtərəfli aparılmasına şərait yaradılması üçün Baş prokuror Zakir Qaralova məktub ünvanlayıb. Hüquqşünas artıq cinayət işinin istintaqının baş prokurorun xüsusi nəzarətində olduğunu deyib.
Xatırladaq ki, sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızı dünyasını dəyişib. Məhkəmə Tibbi Ekspertiza və Tibbi Anatomiya Birliyində aparılan ekspertizanın ilkin və yekun rəyində onun ölümünə səbəb kimi “nəfəs çatışmazlığı” göstərilib. Hazırda Tibbi Komissiya həkimlərin məsuliyyətini müəyyənləşdirir.
banner

Oxşar Xəbərlər