• çərşənbə axşamı, 19 mart, 15:15
  • Baku Bakı 8°C

Tənhalaşan Əli Kərimli

20.05.19 14:52 565
Tənhalaşan Əli Kərimli
Artıq dairə qapanır. Kütləyə "qəhrəman” obrazında görünmək üçün vasitələr də tükənir. Daha söyüş, nifrət, qəzəb, kin, hər şeyi qara görən qaranlıq düşüncə cəmiyyətə təsir imkanlarını itirir. Ağıl hissə üstün gəlir və insan əslində nəyin necə olmasının fərqinə varır.
Vardıqca da, sular durulur. Sular durulduqca da, kimlərinsə meydanı daralır, gəlir mənbəyi azalır, özünə qarşı təhlükə hiss edir, xoflanır. Çünki beləsi, xitab meydanında cahil, zombi yığınına təsir etməyi bacarıb. Beləsinin ağıllı kütləni inandırmaq bacarığı, ona təsir etmək imkanı yoxdur. Çünki bunun üçün sağlam düşüncə, iti ağıl, dərin analiz qabiliyyəti lazımdır. Özünü radikalların lideri kimi təqdim etməyə çalışan Əli Kərimli bir siyasətçi üçün gərəkli olan bu "silah”lardan məhrumdur.
Bu gün Əli Kərimlinin yanında Əbülfəz Elçibəyin dönəmindəki AXC funksionerlərindən bircə nəfər də yoxdur. Axı iddia etmək olmaz ki, AXC-ni kütləvi şəkildə tərk edənlərin sağlam düşüncəsi, iti ağılı olmayıb... Ola bilməz ki, hamı pis olub, Əli Kərimli yaxşı. Deməli, səbəb əslində birinin pis olmağındadır. Əgər bir təşkilata bir alim rəhbərlik edəcəksə, o, 50 alimi ətrafında saxlaya biləcək. Əgər bir təşkilata bir cahil rəhbərlik edəcəksə, orda 50 yox, heç bir alim də qalmayacaq.
Əli Kərimlinin yanında bircə alim də qalmadı. Səbəbi nə idi? Səbəbi sağlam düşüncənin, iti ağılın olmamağı idi. Səbəbi kin, nifrət, qəzəb, hər şeyi qaranlıq görən qara düşüncə idi. İşıq istəyən şəxsləri qaranlıqda buxovlamaq olmazdı. Onlar qaranlığı tərk etdilər, işıq gələn tərəfə getdilər. Amma Əli Kərimli bu gedişlərdən diksinmədi. Diksinsəydi, heç olmasa, gözləri açılardı, qaranlıqda oturduğunun fərqinə varardı.
Eləcə, cahil, zombi yığınını ümidinə qaldı. Onları alətə çevirdi, daha doğrusu, cahilləri, zombiləri özünün "çörək ağacı”na döndərdi.
Onların hesabına xaricdən qrant aldı, qaranlıq dünyasında özünə gün ağladı. Harada müxalif düşüncəli insan, mühacir gördüsə, tor atdı. Toruna düşənləri "satdı”, pul qazandı.
Sağlam düşüncəli insan o insandır ki, bu gün nəyisə tənqid edir, sabah tənqid etdiyi problemin həll olunduğunu görüb də, bunu etiraf edir. Belələrindən cəmiyyət ziyan görməz. Çünki düşüncəsi safdır, inkişaf üçün çalışır. Əyər-əskiyi də deyir, qurub-yaradılanı da görür.
Əli Kərimli üçün belə insanlar potensial təhlükədir. Çünki belələri cəmiyyətə təsir etdikcə, insanların Kərimlinin qaranlıq dünyasına marağı azalır. Maraq yoxdursa, pul da kəsiləcək mütləq.
Dünən Emin Milli onun üçün istinad nöqtəsi sayılırdı. Bu gün isə "islah olunan mühacir” statusundadır. Ona görə ki, Emin Milli hər şeyi qaranlıq görməyin qaranlıq düşüncə sahibinə xas baxış olduğunu anlayıb. Anlayanların sayının artması Əli Kərimli üçün böyük fəlakətdir. Ona anlamayanlar – cahillər, zombilər gərəkdir. Elə ona görə də qəzəbin, nifrətin, kinin, böhtanın qədərini artırıb.
Sağlam düşüncəli, ağıllı adamların müxalif düşərgədə olması onun planlarına uyğun deyil. Çünki müxalifət düşərgəsində belə adamların sayının artması sağlam müxalifətin formalaşmasını şərtləndirəcək. Sağlam müxalifət olan yerdə isə Əli Kərimliyə ehtiyac olmayacaq. Və beləcə, gəlir mənbəyi quruyacaq. Əli Kərimli yaxşı bilir ki, potensialının layiq olduğundan qat-qat yaxşı yaşayır. Bu yaxşı yaşayış isə "qaranlıq dünya”sının verdiyi peşkəşdir. Müxalifət düşərgəsində ağıllı, sağlam düşüncəli siyasilərin sayının artması, cahillərin, zombilərin də üzünə gün sala bilər. Adam hakimiyyəti siyasi dözümsüzlükdə ittiham edir. Amma özü adi, sağlam tənqidə belə dözmür. Onu tənqid edən sağlam düşüncəli insanı dərhal "zərərsizləşdirir”. Təsir dairəsində olan cahil, zombi qrupu vasitəsilə. Əli Kərimlinin xitab meydanındakı kütlə sürətlə azalır. Elə sürətlə azalır ki, Kərimli kinin, qəzəbin, böhtanın həddini artırmaqla bunun qarşısını almağa çalışır. Zatən, başqa alternativi də yoxdur. Başqa alternativ sağlam düşüncə, dərin zəka, iti analiz qabiliyyətidir. Divin canı şüşədə olduğu kimi, Əli Kərimlinin də siyasi karyerası qaranlıq dünyada, cəhalətdədir. Amma bütün hallarda, insan həmişə qaranlıq dünyadan işıqlı dünyaya çıxmaq üçün mübarizə aparıb. Çıxıblar da, çıxırlar da. Çıxdıqca da Əli Kərimli qəzəblənir, nifrət, kin püskürür. Təkcə hakimiyyətə qarşı yox, dünən onun yanında olanlara qarşı da.
Daha "qəhrəman”ına çevriləcəyi kütlə yoxdur, ona inananların sayı azalıb, bir neçə nəfər qalıb. İndi vacibdir ki, Əli Kərimli başa düşsün, başa düşsün ki, nifrətin, qəzəbin kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır.
F.Abasoğlu
banner

Oxşar Xəbərlər