Ötən səkkiz ayda nəqliyyatçılar 1279,1 milyon nəfərə xidmət göstərib
2018-ci ilin yanvar-avqust aylarında nəqliyyatçılar 1279,1 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sərnişinə xidmət göstərib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, sərnişinlərin 88,0 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.