AZE | RUS | ENG |

Ötən illərin bayramı

Ötən illərin bayramı
1 May - Beynəlxalq Zəhmətkeşlər Bayramıdır


Bu bayram ötən illərin ən gurultulu bayramlarından biri idi. Tələbə və müəllimlərin, müəssisə işçilərinin, paytaxt sakinlərinin qatıldığı böyük paradlar və bu böyük paradlarda hərbi salamlar dünyaya sosializm lərzəsi salırdı… 1 may 1890-cı ildə ilk dəfə Avstriya-Macarıstanda, Belçikada, Almaniyada, Danimarkada, İspaniyada, İtaliyada, ABŞ-da, Norveçdə, Fransada və İsveçdə keçirilib. 1891-ci ildə isə Brüssel konqresinin qərarı ilə hər ölkədə bayramın keçirilmə qaydaları müəyyənləşdirilib. 1900-cü illərin əvvəllərində isə Rusiyada 1 may nümayişlərlə, mitinqlərlə keçirilib. 1917-ci ildən Rusiyada 1 May bayramı müstəqil olaraq qeyd edilib. 1918-ci ildə bayram rəsmiləşdirilib. 1933-cü ilin 1 Mayında ilk dəfə Moskvada Qızıl Meydanda parad keçirilib. Həmin vaxtdan başlayaraq İkinci Dünya Müharibəsinə qədər hər il parad keçirilib. O zamanlarda yalnız sosialistlərin bayramı olan 1 may günü beləcə qeyd olunaraq, yaddaşlarda qalıb. Həmin gün həm də qeyri-rəsmi şəkildə «qeyd edilirdi». Yəni yeyib-içmə məclisləri təşkil edilirdi, hətta balaca uşaqlara da şampanın dadına baxmağa icazə verilirdi. Məhz həmin gün sovet uşaqlarının xüsusi günü idi. Onlar həmin gün bir az böyüyürdülər… Amma gözləmədiyimiz, hətta ağlımıza belə gəlməyən bir gün də gəlib çatdı. Sosializm yox oldu və onun bayramları da ötən illərin tarixində əriyib getdi. Bununla belə, anarxistlərin edamı – qana boyanmış may günləri və sinfi qarşıdurmaların sonrakı xronikası dünya əməkçilərinin şərəfli tarixinin ən yaddaqalan hissələridir. Bu gün Azərbaycanın da Konstitusiyası və Əmək Məcəlləsində əmək hüququ, sosial qarantiya, 8 saatlıq iş günü öz təsdiqini tapıb. Zeynəb Əliqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311