• cümə, 19 Aprel, 15:36
  • Baku Bakı 25°C

Ötən ilin memuarı bu il də liderliyi əldən verməyəcək

22.02.16 09:49 1225
Ötən ilin memuarı bu il də liderliyi əldən verməyəcək
Heç kim ardı heç vaxt yazılmayacaq memuarlara marağın səbəbini açıqlaya bilmir.
37 yaşında ağciyər xərçəngindən dünyasını dəyişmiş məşhur amerikalı beyin cərrahı Paul Kalanitinin ötən il işıq üzü görmüş memuar əsəri - “Bir nəfəs hava olanda” (“When breath becomes air”) 2015-ci ildə ABŞ-ın ən çox satılan xatirə kitabı olmuşdu. “Guardian”-ın xəbərinə görə, artıq dəfələrlə böyük tirajlarla çap olunan əsərin bu il janrı üzrə dünyanın “ən çox satılan”ı olacağı iddia edilir. İdealistlər, həyat, xərçəng toxumları, mənəvi qida və ölüm haqqında düşüncələrin qələmə alındığı və yarım qalmış əsərə bu qədər böyük marağın nə ilə əlaqədar olduğuna heç bir məna verə bilməyən tənqidçilər Paulun əsəri “peşəkar ədəbi nümunə” hesab etməsələr də, satış göstəricilərinə də bir məna verə bilmirlər.
On illik peşəkar təhsil və təlimdən sonra uzun illər ölkənin ən tanınmış neyrocərrahlarından biri olan Paul artıq ağır iş rejimindən uzaqlaşıb, ailəsi birgə sakit həyata başlamaq istədiyi bir vaxtda ağciyər xərçənginə tutulduğunu öyrənir. “Genişyayılmış, bədxassəli və əməliyyata yararsız” səviyyədə olan xəstəlik xəbərinin şoku ilə gücü çatan yerə qədər həyat, sevgi və karyera hekayəsini, unutmadığı xəstələri, duyğuları, ölüm haqqında şəxsi mülahizələrini qələmə almağa qərar verir. 36 yaşlı cərrahın “ölmədən əvvəl qızıma bir neçə söz” başlığı ilə yazdığı memuar müəllifin ölümündən sonra işıq üzü görüb. Memuarın səbəbkarı, atası 37 yaşında dünyasını dəyişərkən hələ doqquz aylıq olan Keydi indi ABŞ-ın ən tanınmış simalarındandır, çünki kitabın ilk səhifəsində onun atası ilə birgə çəkilmiş fotosu var. Çox satılmasına və maraq görməsinə baxmayaraq, əsər heç də ucuz deyil. Belə ki, kitabın “bookshop.theguardian.com”-dakı satış qiyməti 9 dollar, Birləşmiş krallıqdan kənara çatdırılma qiyməti isə 6 dollardır.
banner

Oxşar Xəbərlər