• cümə axşamı, 18 aprel, 20:57
  • Baku Bakı 21°C

Ötən ilin ən yaxşı futbol məşqçiləri

10.01.14 12:44 1276
Ötən ilin ən yaxşı futbol məşqçiləri
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) öz nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən Yupp Haynkes 2013-cu ilin ən yaxşı klub məşqçisi seçilib.
Almaniyanın “Bavariya” klubuna ölkə çempionluğu, kuboku və Çempionlar Liqasını (ÇL) qazandıran mütəxəssis sorğuda 216 xal toplayaraq həmkarlarını arxada qoyub. Avropanın ən nüfuzlu klub turniri olan ÇL-in finalında “Bavariya”ya uduzan Dortmund “Borussiyası”nın baş məşqçisi Yurgen Klopp 101 xalla ikinci yeri tutub.
Ötən ildən “Bakı” ilə əməkdaşlığa başlayan və hazırda formasında “Baku-2015” loqosu olan İspaniya “Atletiko”sunun çalışdırıcısı Dieqo Simeone 61 xal toplayaraq, ilk “üçlüyü” qapayıb.
Qeyd edək ki, İFFHS-in nümayəndələri ümumilikdə 9 məşqçiyə səs verib.
banner

Oxşar Xəbərlər