• cümə, 19 Aprel, 18:17
  • Baku Bakı 24°C

Ötən il süni yolla yetişdirilən 406 milyondan çox balıq körpəsi su hövzələrinə buraxılıb

06.02.17 10:30 1068
Ötən il süni yolla yetişdirilən 406 milyondan çox balıq körpəsi su hövzələrinə buraxılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin tabeçiliyində fəaliyyət göstərən balıqartırma müəssisələrində 2016-cı il ərzində 406,58 milyon müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpəsi süni yolla artırılaraq respublikanın müəyyən edilmiş su hövzələrinə buraxılıb.
DepartamentdənAZƏRTAC-a verilən məlumata görə, bütün balıq növləri üzrə müəyyən edilmiş proqnozlara 91 faiz əməl olunub. Su hövzələrinə buraxılan balıq körpələrinin 7,57 milyonunu nərə cinslilər, 398,81 milyonunu çəkikimilər, 199,8 minini isə qızıl balıqlar təşkil edib.
banner

Oxşar Xəbərlər