• cümə, 29 Mart, 12:26
  • Baku Bakı 14°C

Ötən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2 milyard dollara yaxın olub

04.03.17 20:47 820
Ötən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2 milyard dollara yaxın olub
Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. 2016-cı ilin yekunların görə, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 1954,4 milyon dollar olub. Azərbaycana Rusiyadan ixrac 1508,1 milyon dollar, idxal 446,3 milyon dollar təşkil edib.
AZƏRTACxəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasına səfəri ilə əlaqədar şərhində yer alıb.
İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2016-cı il dekabrın 16-da Bakıda keçirilmiş 16-cı iclasının qərarlarının reallaşdırılması istiqamətində fəal iş aparılır.
Regionlararası əməkdaşlıq Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin mühüm tərkib hissəsidir. Hazırda Azərbaycan Respublikası ilə xarici ticarət fəaliyyətinə Rusiya Federasiyasının əksər regionlarında fəaliyyət göstərən 600-dək müəssisə və təşkilat cəlb edilib. Onlardan 17-si Azərbaycanla əməkdaşlıq haqqında saziş bağlayıb. Rusiya ilə Azərbaycan arasında hər il keçirilən regionlararası forum özünü doğruldur və bu praktikanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər