• çərşənbə, 17 Aprel, 00:04
  • Baku Bakı 14°C

Ötən il problemli krediti olan 600 min vətəndaşa 640 milyon manata yaxın kompensasiya ödənilib

02.04.20 15:48 1244
Ötən il problemli krediti olan 600 min vətəndaşa 640 milyon manata yaxın kompensasiya ödənilib
Ölkə başçısının "Azərbaycanda Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanın icrası 735 mindən vətəndaşı əhatə edib.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, 600 min vətəndaşa 640 milyon manata yaxın kompensasiya ödənilib. 135 min borc alanın 269 milyon manat məbləğində kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib.
Fərman çərçivəsində silinən faiz və dəbbə pullarının həcmi 205 milyon manatdan çox olub. 42 min borc alanın kreditləri tam bağlanıb. 2019-cu ilin sonuna bank sektorunun vaxtı keçmiş kreditlərinin portfeldə payı 2018-ci ilin sonu ilə müqayisədə 3.9 faiz bənd azalaraq 8.3 faiz bəndi təşkil edib.
banner

Oxşar Xəbərlər