• cümə, 29 Mart, 05:07
  • Baku Bakı 7°C

Ötən il muzeylərimizə 2 milyon ziyarətçi gəlib

23.01.14 11:31 1332
Ötən il muzeylərimizə 2 milyon ziyarətçi gəlib
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə bildirilib ki, bu gün Azərbaycanda 35 milyon kitabxana fondu olan 3389 kütləvi kitabxana, 2747 klub müəssisəsi, 227 muzey, 28 peşəkar teatr və 347 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.
2013-cü ildə muzeylərə gələnlərin sayı 2,1 milyon nəfər, teatrlara gələnlərin sayı 582 min nəfər olub. Teatrlarda repertuar müntəzəm olaraq təzələnir və tamaşalar Azərbaycan dili ilə yanaşı, rus və ləzgi dillərində də göstərilir.
Hazırda Azərbaycanda dövlət əhəmiyyətli tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qruplarının sayı 28-ə çatıb.
banner

Oxşar Xəbərlər