• cümə, 26 Aprel, 07:01
  • Baku Bakı 12°C

"Ötən il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olub"

15.03.19 12:17 490
"Ötən il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olub"
"Azərbaycanda Prezidentiİlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlar hökumətin hesabatında əksini tapıb. Ötən il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olub. Ölkə başçısının söylədiyi kimi 2018-ci il dərin iqtisadi islahatlar ili olub”
"Report” xəbər verir ki, bunuMilli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin sədriOqtay Əsədovdeyib.
O bildirib ki, nüfuzlu reytinq agentlikləri Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirib: "Kredit reytinqinə görə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkənin valyuta ehtiyatı 3 milyard dollar artaraq ilin sonuna 45 milyard dollar olub. İqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin getdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin olunub.
2019-cu ilin əvvəlində minimum əməkhaqqının, əmək pensiyasının, sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, xarici valyutada olan kreditlərin artan hissəsi ilə bağlı qərarın qəbul edilməsi 2018-ci ildə həyata keçirilən tədbirlərin nəticəsidir”.
banner

Oxşar Xəbərlər