• çərşənbə, 17 Aprel, 00:26
  • Baku Bakı 14°C

"Ötən il İpək Yoluna üzv ölkələrlə ticarət dövriyyəsi 5,3 milyard dollar olub"

13.03.18 15:00 647
"Ötən il İpək Yoluna üzv ölkələrlə ticarət dövriyyəsi 5,3 milyard dollar olub"
"Son illər Azərbaycanın tranzit imkanının artırılması üçün mühüm işlər görülüb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Baakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmiri aparılır. Bütün bunlar Azərbaycanın tranzit imkanlarını dəfələrlə genişləndirib".
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilənATƏTParlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfrans çərçivəsində "Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi" mövzusunda paneldə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Nazir müavini bildirib ki, 2015-ci ildə tranzit yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. "Koordinasiya Şurası region ölkələri arasında əlaqələri gücləndirib, vahid tranzit taariflərinin tətbiqi istiqamətində işlər görülüb. Nəticədə, 2017-ci ildə Azərbaycandan keçməklə 25 min tır yük daşınıb. Keçən il ölkə ərazisindən 10 milyon tondan çox yük daşınıb ki, bu da 2016-cı ildə olduğundan 16 faiz çoxdur. 81 faizi neft və neft məhsulları, qalanları qeyri-neft məhsullardır. İpək Yolu layihəsi Orta Asiya ölkələrinin dünya bazarına çıxmasına, ölkəmizin logistika mərkəzinə çevrilməsinə səbəb olacaq. Lakin etibarlı iqtisadi münasibətlər olmasa, yalnız nəqliyyat infrastrukturuna sərmayə yatırmaqla uğur qazanmaq olmaz. Azərbaycanın qonşu ölkələrlə ticarət əlaqələrinin, özəl şirkətlər arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirilir. İpək Yoluna üzv ölkələrlə ötən il ticarət dövriyyəsi 5,3 milyard dollar olub," – deyə N. Səfərov qeyd edib.
N. Səfərov nəzərə çatdırıb ki, son 10 ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri 3 dəfə artıb: "Müstəqillik illərində ölkəmizə 250 milyard dollar investisiya yatırılıb ki, bunun da yarısı xarici investisiyaların payına düşüb. Ölkə iqtisadiyyatı hazırda risklərə baxmayaraq dayanıqlılıq göstərir".
N. Səfərov tədbir iştirakçılarını Bakının Ekspo-2025 sərgisinin təşkilatçısı olmasına dəstək verməyə çağırıb: "Azərbaycan həm ildə Şimal-Cənub Nəqliyyat Dəhlizi üzərində çalışır. Layihənin Azərbaycana aid hissəsi artıq tamamlanıb. Ümid edirəm ki, yaxın illərdə Şimal-Cənub Nəqliyyat Dəhlizi İpək Yoluna inteqrasiya olunacaq".
banner

Oxşar Xəbərlər