• şənbə, 20 Aprel, 06:18
  • Baku Bakı 14°C

Ötən il daxili turizmdə artım müşahidə olunub

10.09.20 19:28 680
Ötən il daxili turizmdə artım müşahidə olunub
Ötən il daxili turizmdə artım müşahidə olunub. Belə ki, 2019-cu ildə yerli səyahətçilərin ümumi sayı 2018-ci illə müqayisədə 7,5 faiz artaraq 4,3 milyon nəfərə yaxınlaşıb. Daxili səfərlərin əksəriyyəti dost və qohumları ziyarət (34,7 faiz) və istirahət (32,2 faiz) məqsəd daşıyıb.
AZƏRTAC"İllik turizm statistikası 2019”a istinadla xəbər verir ki, Bakı, Lənkəran, Gəncə, Şəki, Quba, Şəmkir və Xaçmaz yerli səyahətçilər arasında ən çox ziyarət olunan məkanlar olub. Yerli ziyarətçilərin əksəriyyəti 1—3 gün (38 faiz) və 4-7 gün (30,6 faiz) səyahət ediblər. Onlar əsasən dostların və qohumların evlərində (35 faiz) və ya öz evlərində qalıblar (34 faiz). Yerli səyahətçilərin 30 faizi kirayə evlərdə gecələyib. Ziyarətçilərin yalnız 1 faizi gecələmək üçün mehmanxanaları seçib. 2019-cu ildə ümumi daxili turizm xərcləmələri əvvəlki illə müqayisədə 14 faiz artaraq 3,48 milyard AZN təşkil edib. Yerli turistlərin daxili səfərlərə ortalama olaraq çəkdiyi xərclər 800 manata yaxın olub.
banner

Oxşar Xəbərlər