AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ötən il Bakıda baş verən yol qəzalarında 169 nəfər ölüb, 387 nəfər xəsarət alıb

Ötən il Bakıda baş verən yol qəzalarında 169 nəfər ölüb, 387 nəfər xəsarət alıb

Kriminal
22 Yanvar 2021, 09:51 146
2020-ci ildə Bakı şəhəri üzrə 460 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 169 nəfər ölüb, 387 nəfər isə xəsarət alıb.
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, 2019-cu illə müqayisədə hadisələrin sayı 109 fakt və ya 19,2 faiz azalıb: "Eyni zamanda yol qəzaları zamanı qeydə alınan ölümlərin sayı 17 nəfər (9,1 %), xəsarət alanların sayı isə 131 nəfər (25,3 %) azalıb. Bu da yol polisi rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir”.
 
DYP sözcüsü bildirib ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb daha çox manevr qaydalarının pozulmasıdır: "Qəzaların 167-sini (36,3 %) manevr qaydalarının pozulması, 125-ni (27,2%) sürət həddinin aşılması,56-nı ( 12,2 %) ara məsafəsinin pozulması, 34-nü (7,4 %)  yol ayrıcını keçmə qaydalarının pozulması, 16-nı (3,5 %) piyada keçidində keçmə qaydalarının pozulması faktları təşkil edib”.