• şənbə, 20 Aprel, 09:33
  • Baku Bakı 14°C

Ötən il azərbaycanlı turistlər xaricdə 3 milyard dollar xərcləyib

07.05.18 10:30 657
Ötən il azərbaycanlı turistlər xaricdə 3 milyard dollar xərcləyib
2017-ci ildə qeyri-rezidentlər tərəfindən Azərbaycan vətəndaşlarına 8,1 milyard dollar dəyərində xidmətlər göstərilib.
Trend-in məlumatına görə, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) tədiyyə balansında öz əksini tapıb.
Məlumata əsasən, öz növbəsində, Azərbaycan rezidentləri, əcnəbi vətəndaşlara və xaricdə qeydiyyata alınan şirkətlərə 4,7 milyard dollarlıq xidmətlər təqdim edib.
2016-cı ildə bu göstəricilər müvafiq olaraq 7,5 və 4,5 milyard dollar təşkil edib.
Nəticə olaraq, məruzənin əhatə etdiyi dövr ərzində xidmətlər balansında 3,4 milyard dollar (2016-cı ildə - 3 milyard dollar) həcmində kəsir yaranıb, o cümlədən qeyri-neft sektorunda 277 milyon dollar (1,5 dəfə azalma). Kəsirin qalan hissəsi neft-qaz sektorunun payına düşüb və bu məbləğdən 2,4 milyard dollar Azərbaycan rezidentlərinə tikinti sektorunda göstərilən xidmətlərə aiddir.
Tədiyyə balansına əsasən, 2 milyard dollar qarşılıqlı nəqliyyat xidmətlərinin, 5,7 milyard dollar isə turistik xidmətlərin payına düşüb. Bu zaman Azərbaycan vətəndaşlarına xarici ölkələrdə göstərilən turistik xidmətlərin məbləği 2,7 milyard dollar təşkil edib. Sözügedən məbləğin 73 faizi ölkə vətəndaşlarının fərdi səyahətləri çərçivəsində xərclənib.
banner

Oxşar Xəbərlər