• cümə, 26 Aprel, 01:17
  • Baku Bakı 16°C

Ötən il Azərbaycanda qeydiyyatdan keçən əsərlərin sayı açıqlanıb

11.02.19 15:53 455
Ötən il Azərbaycanda qeydiyyatdan keçən əsərlərin sayı açıqlanıb
"Ötən il 333 müəllifin568əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında574şəhadətnamə verilib".
"Report" xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyin İdarə Heyətinin sədriKamran İmanovdeyib.
O qeyd edib ki, "Elektron xidmət" bölməsi vasitəsi ilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 16 şəhadətnamə verilib: "Bundan başqa, keçən il 15 müqavilə qeydiyyatdan keçirilib. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-ci ildən 2019-cu ilin 1 yanvar tarixinədək agentlikdə ümumilikdə12122əsəri və əlaqəli hüquqların obyektləri, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsilə 97 müəllifin193əsəri qeydiyyatdan keçirilib".
K.İmanov əlavə ki, ÜDM-də müəllif hüququna əsaslanan neqativ sənayenin payı artıb: "Son 10 ildə ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan neqativ sənayenin payı 2007-ci ildə 3,3 faizdən 2018-ci ilin 1 yanvarında olan vəziyyətə görə5,1faizə çatıb və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir. 2017-ci ildə Azərbaycanda müəlliflik hüququna əsaslanan sahələrdə istehsalın həcmi3549,1mln. manat təşkil edib".
banner

Oxşar Xəbərlər