• cümə axşamı, 28 mart, 20:55
  • Baku Bakı 13°C

Ötən il Azərbaycanda cinayət işlərində cəmi 89 bəraət verilib

31.05.19 10:27 699
Ötən il Azərbaycanda cinayət işlərində cəmi 89 bəraət verilib
2018-ci ildə Azərbaycanda cinayət işlərində cəmi 89 bəraət hökmü çıxarılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov "Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında deyib.
O qeyd edib ki, bu, ümumi cinayət işlərinin 1 faizindən aşağı rəqəmdir: "Bu, dövlət ittihamının çox təkmil işləməsindən, vəkillərin müqavimətindən, məhkəmənin passivliyindən və bizə məlum olmayan səbəblərdən irəli gələ bilər. Hesab edirik ki, müdafiə tərəfinin balanslı nəticə əldə etməsi üçün vəkillər öz səylərini artırmalıdır. Məlum olduğu kimi, Cənab Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı Fərmanda ədalət mühakiməsinin əlçatanlığı məsələsi xüsusilə vurğulanır”.
banner

Oxşar Xəbərlər