AZE | RUS | ENG |


Ötən il Azərbaycanda 460 nəfərdə bədxassəli qan xəstəlikləri aşkarlanıb

Ötən il Azərbaycanda 460 nəfərdə bədxassəli qan xəstəlikləri aşkarlanıb
Azərbaycanda qan xəstəliklərindən əziyyət çəkən insanların sayı açıqlanıb.
 
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov bildirib ki, 2016-cı ildə B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna müraciət edən vətəndaşların sayı 12628 nəfər olub. Ötən il ilkin müraciət edənlərin sayı 4519 nəfər təşkil edib ki, bu da 2015-ci illə müqayisədə bir qədər yüksəkdir.
 
Ç. Əsədov deyib ki, 2015-ci ildə ilkin müraciət edənlərin sayı 4306 nəfər olub: "Hazırda müəssisədə 27523 xəstə dispanser qeydiyyatdadır. 2015-ci ildə isə bu rəqəm 23962 nəfər təşkil edib. Ümumilikdə ötən il 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunub. Onların 327 nəfərində kəskin leykoz müəyyən edilib. 2016-cı ildə 522639 laborator müayinə aparılıb ki, bura hematoloji, sitoloji, biokimyəvi, immunoloji və molekulyar-genetik müayinələr daxildir. Ötən il Nazirlər Kabineti "2017-2021-ci illər illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı"nı təsdiq edib. Bu proqram qanın bədxassəli xəstəliklərinin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına yönəlib”.
 
Ç. Əsədov əlavə edib ki, Nazirlər Kabinetinin qərarına əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsi aparılır. Onun sözlərinə görə, keçən il nikahqabağı müayinədən 143 min 694 nəfər keçib: "Nəticədə 4649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 42 olub”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7072
GBP 1 İngilis funt sterlinqi 2.2065
TRY 1 Türk lirəsi 0.4824
KWD 1 Küveyt dinarı 5.6202
SEK 1 İsveç kronu 0.2069
EUR 1 Avro 1.9783
CHF 1 İsveçrə frankı 1.7884
USD 1 ABŞ dolları 1.7012