• cümə, 29 Mart, 19:27
  • Baku Bakı 14°C

Ötən il Azərbaycanda 345 oğlan və 315 qız övladlığa götürülüb

03.04.20 14:45 625
Ötən il Azərbaycanda 345 oğlan və 315 qız övladlığa götürülüb
Ötən il ölkəmizdə 660 uşaq övladlığa götürülüb. Onlardan 345-i oğlan, 315-i qız olub.
Ədliyyə NazirliyindənAZƏRTAC-a verilən məlumata görə, il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 8-i qız olmaqla 14 uşaq övladlığa götürülüb. Əvvəlki illə müqayisədə övladlığa götürülən oğlanların sayı 14,2 faiz, qızların sayı 9,7 faiz azalıb. Ölkəmizin məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı isə 22,4 faiz artaraq 82-yə çatıb.
2019-cu ildə övladlığa götürülən uşaqlardan 175 nəfəri 1 yaşadək, 296 nəfəri 1-5 yaş, 115 nəfəri 6-10 yaş, 74 nəfəri isə 11-17 yaş arasında olub.
banner

Oxşar Xəbərlər