• çərşənbə, 24 Aprel, 11:39
  • Baku Bakı 13°C

Ötən il Azərbaycanda 141 min 179 körpə doğulub

14.02.20 15:15 1171
Ötən il Azərbaycanda 141 min 179 körpə doğulub
Ötən il Azərbaycanda 141 min 179 körpə doğulub. Bu göstərici əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə 14,2-dən 14,3-ə qədər artıb.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, körpələrdən 3356-sı əkiz, 108-i üçəm, 8-i isə dördəm doğulanlardır. Əhalinin hər 1000 nəfərinə doğum Dağlıq Şirvan (16,7), Kəlbəcər-Laçın (16,0), Aran (15,6), Quba-Xaçmaz (15,5), Lənkəran (15,4) və Yuxarı Qarabağ (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən (14,3) yüksək olub.
Həmçinin bildirilib ki, ötən il ölkədə 55 min 916 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.
banner

Oxşar Xəbərlər