• cümə axşamı, 18 aprel, 19:45
  • Baku Bakı 21°C

Ötən il Azərbaycanda 11 mlrd. manatlıq nağdsız ödəniş aparılıb

06.03.17 17:40 1071
Ötən il Azərbaycanda 11 mlrd. manatlıq nağdsız ödəniş aparılıb
2016-cı ilin sonuna ödəniş kartları 5,3 milyon, bankomatlar 2461, POS-terminallar isə 76050 ədəd olub. Əvvəlki illə müqayisədə kart, bankomat və POS-terminallar müvafiq olaraq 7,2%, 7,4% və 1,1% azalıb. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan hökumətinin 2016-cı il üzrə hesabatında deyilir.

Sənəddə qeyd edilib ki, azalma əsasən bankların lisenziyasının ləğv ilə bağlıdır.

Bildirilir ki, ölkə daxilində ödəniş kartları ilə aparılmış nağdsız ödənişlərin həcmi 11 mlrd. manatdan artıq olub. Ödəniş kartları ilə elektron ticarət vasitəsilə aparılmış ödənişlərin həcmi dövr ərzində 0,5 mlrd. manatdan artıq olub.

Dövrün sonuna 27 bank internet bankçılıq, 25 bank isə mobil bankçılıq xidmətləri göstərir.
banner

Oxşar Xəbərlər