AZE | RUS | ENG |

Ötən il Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb

Ötən il Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb
2018-ci il ərzində Azərbaycana 2 845 697 əcnəbi və vətəndaşlığı olmayan şəxs daxil olub.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, bu da ölkəyə gələn əcnəbilərin sayında 6 faiz artım olduğunu göstərir.

V.Hüseynov bildirib ki, hesabat dövründə 740 841 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb:

"İl ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşayış üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82 953 müraciət daxil olub”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.935
GEL 1 1 Gürcüstan larisi 0.6371
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1877
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1888
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.6061
TRY 1 1 Türkiyə lirəsi 0.3174